Şəkidə qaz sızması nəticəsində partlayış olub, ev sahibi xəsarət alıb

Şəkidə qaz sızması nəticəsində partlayış olub, ev sahibi yanıq xəsarəti alıb.

 

Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Vərəzət kəndində qeydə alınıb. Kənd sakini, 55 yaşlı Arif Feyziyev yaşadığı evin mətbəxtində qaz iyi hiss edib. O, qazın sızdığı yeri tapmaq üçün kibrit yandırıb. Bu zaman alovla müşayiət olunan partlayış baş verib.

Hadisə nəticəsində A. Feyziyev hər iki əlindən termiki yanıq xəsarəti alıb. Ona Şəki Rayon Mərkəzi Xəstəxanasında (RMX) lazımi tibbi yardım göstərilib və müalicə xəstəxananın təcili yardım yöbəsində davam edir.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir