Şəkidə minik avtomobili aşıb, 1 nəfər xəsarət alıb

Şəkidə minik avtomobili aşıb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki rayonu Oraban kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 1999-cu il təvəllüdlü Bakı şəhər sakini Teymur Əliyevin idarə etdiyi “Hyundai” markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində avtomobildə olan sərnişin, 1984-cü il təvəllüdlü Bakı şəhər sakini Günay Baxşəliyeva xəsarət alıb. O, Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir