Şəkidə ikimərtəbəli evdə yanğın baş verib

Şəkidə 10 otaqlı fərdi yaşayış evində yanğın baş verib.

 

Azinformasiya.az xəbər verir ki, yanğın saat 16 radələrində, Şəki şəhəri Dadaş Bünyadzadə küçəsində, 1965-ci il təvəllüdlü Rafiq Nurməmməd oğlu Məmmədəliyevə məxsus ümumi sahəsi 400 kv/m olan ikimərtəbəli, 10 otaqlı evdə qeydə alınıb.

Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin ikinci mərtəbəsində səhəsi 20 kv/m olan bir otağın içərisindəki əşyalar və yanar konstruksiyaları qismən yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir