Şəkidə 9 otaqlı evdə yanğın olub

Şəkidə 9 otaqlı fərdi yaşayış evi yanıb.

 

Azinformasiya.az  xəbər verir ki, yanğın günorta saat 13 radələrində Şəki şəhəri M.Ə.Rəsulzadə küçəsində İslam Əmrahova məxsus 9 otaqlı evdə qeydə alınıb. Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Yanğının qarşısı alınıb, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir