Şəkidə 67 yaşlı kişi çardaqdan yıxılaraq ölüb

Şəkidə 67 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə rayonun Oxud kəndində qeydə alınıb. Kənd sakini 1957-ci il təvəllüdlü Ramiz Oruc oğlu Məcidov yaşadığı ünvanda tövlənin çardağından yıxılıb. Ağır xəsarət alan R. Məcidov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir