Şəkidə 65 yaşlı kişi qoz ağacından yıxılaraq ölüb

Şəkidə 65 yaşlı kişi qoz ağacından yıxılaraq ölüb.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə rayonun Baş layısqı kəndində qeydə alınıb. Kənd sakini 65 yaşlı Allahyar Hümbət oğlu Şirinov yaşadığı kəndin ərazisində qoz ağacından ehtiyatsızlıqdan yıxılıb. Bədbəxt hadisə zamanı ağır xəsarət alan A. Şirinov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. A. Şirinov bu gün səhər saatlarında aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir