Şəkidə 26 yaşlı gənc sirkə turşusu içərək zəhərlənib.
Azinformasiya.az xəbər verir ki, hadisə rayonun Oxud kəndində axşam saatlarında qeydə alınıb.
Kənd sakini 1998-ci il təvəllüdlü Vüqar Cəfər oğlu Mustafazədə yaşadığı ünvanda sirkə turşusu içərək zəhərlənib.
Yaxınlarının köməkliyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılan V. Mustafazadə xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Onun su əvəzinə sirkə turşusu içdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Azinformasiya.az