“Hazırda ölkədə vaksinasiya strategiyası hazırdır, bugünlərdə hökumət tərəfindən qəbul olunmalıdır”.
Azinformasiya.Az xəbər verir ki, bunu Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqində Səhiyyə Nazirinin müavini Viktor Qasımov deyib.
“Bizim ölkədə koronavirusa qarşı vaksinasiya pulsuz həyata keçiriləcək və artıq risk qrupları müəyyənləşib. İlk növbədə, onların vaksinasiyası həyata keçiriləcək”, – o bildirib.