Bu gün Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən “Vətən” İdman Mərkəzində Gənclər və İdman Nazirliyi və Kikboksinq Federasiyasının təşkilatçılığı ilə Azərbaycan ordusunun əfsanəvi kəşfiyyatçısı, şəhid mayor Rüfət Əsgərovun əziz xatirəsinə həsr olunmuş kikboksinq turniri keçirilib.
Azinformasiya.az xəbər verir ki, açılış mərasimində şəhid ailələri, qazilər, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edib.
Açılış mərasimində giriş nitqi ilə çıxış edən şəhidin atası, Xətai rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov oğlunun keçdiyi şərəfli həyat və döyüş yolundan söz açaraq göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Yeni Azərbaycan Partiyasına öz dərin minnətdarlığını bildirmişdir.
Çıxış edən digər natiqlər şəhid mayod Rüfət Əsgərovun və bütünlükdə şəhidlərimizin xatirəsinə ehtiramlarını ifadə ediblər.
Daha sonra idmançıların görüşləri baş tutub. Qalib idmançılara medallar və fəxri fərmanlar təqdim olunub.
Azinformasiya.az