Səfir: Azərbaycan hər zaman ən yüksək səviyyədə Pakistanın mövqeyini dəstəkləyir

Azərbaycan dövləti və xalqı Pakistanın mövqeyini hər zaman dəstəkləyir və biz bunu yüksək qiymətləndiririk.

 

Azinformasiya.az xəbər verir ki, bunu Pakistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Haye jurnalistlərə açıqlamasında bildirib.

“Bu gün biz 2019-cu ilin 5 avqust tarixində Hindistan tərəfindən Cammu və Kəşmir əyalətlərinin xüsusi muxtariyyət statusunu birtərəfli qaydada ləğv edilməsinə həsr olunmuş tədbirə toplaşmışıq. Bu məsələdə Azərbaycanın ölkəmizə həmişə dəstək göstərdiyini xüsusilə vurğulamaq istəyirəm. Prezident İlham Əliyev, Azərbaycan hökuməti və xalqı daim açıq – aydın şəkildə Pakistana güclü dəstəyini ifadə edir. Pakistanın Baş naziri iyun ayında Azərbaycana səfər edərkən Prezident İlham Əliyev bir daha Azərbaycan hökumətinin Pakistana dəstəyini bildirdi”, – deyə səfir vurğulayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir