Səbaildə yol qəzasında motosikletçi ölüb

Bakıda maşın motosikleti vurub.

 

Azinformasiya.az  xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü Əlvan İsmayılov idarə etdiyi “Honggi” markalı avtomobillə hərəkətdə olarkən həmin yolda motosikletlə hərəkətdə olan 2001-ci il təvəllüdlü Yəhya Zeynalzadəni vurub.

Yəhya Zeynalzadə, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

 

Azinformasiya.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir