Şəmkirdə 45 yaşlı qadın bıçaqlanıb, əri saxlanılıb

Şəmkirdə bıçaqlanma hadisəsi olub.

 

Azinformasiya.az  xəbər verir ki, 1979-cu il təvəllüdlü K.Muxtarova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib və əməliyyat edilib.
Onun əri tərəfindən bıçaqlandığı bildirilir.

Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həyat yoldaşı 1972-ci il təvəllüdlü R.Muxtarov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir