Rutte: Ukraynanın təhlükəsizlik zəmanətləri tezliklə aydınlaşacaq

Sabah və ya sabahkı görüşdən qısa müddət sonra Ukraynanın təhlükəsizlik zəmanətləri barədə konkret olaraq nə edəcəyimiz məsələsi aydınlaşacaq.

 

Azinformasiya.az  xəbər verir ki, bunu NATO Baş katibi Mark Rutte Estoniya Prezidenti Alar Karislə birgə mətbuat konfransında deyib.

“Hazırda bununla bağlı iş gedir. Əgər Zelenski və Putin arasında hər hansı bir görüş baş verəcəksə, Ukraynanın təhlükəsizlik zəmanətlərinin aydınlaşması çox mühümdür”, – Mark Rutte vurğulayıb.

Qeyd edək ki, sentyabrın 4-də Fransanın paytaxtı Parisdə Ukrayna prezidentli Volodimir Zelenski və Avropa rəsmiləri arasında görüş keçiriləcək.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir