Ukrayna bu günədək ABŞ istehsalı olan təxminən 2 milyard dollar dəyərində silah alıb və bu silahların ödənişi Avropa İttifaqına üzv müttəfiq ölkələr tərəfindən həyata keçirilib.
Azinformasiya.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rütte bəyan edib.
NATO rəsmisinin sözlərinə əsasən, bu mexanizm Kiyevə yardımın davamlılığını təmin etməyə və ABŞ silahlarının Avropa vasitəsilə Ukraynaya çatdırılmasına imkan verir.
Azinformasiya.az