Baş katib Mark Rutte ABŞ-ın müharibə naziri Pit Heqsetin NATO müdafiə nazirlərinin Brüsseldə keçirilən iclasında iştirak etməməsinə münasibət bildirib.
Azinformasiya.az xəbər verir ki, Rutte bunun başadüşülən olduğunu bəyan edib.
Belə ki, NATO Baş katibinin sözlərinə əsasən, ABŞ-ın diqqət yetirməli olduğu regionların sayı çoxdur və bu səbəbdən Pentaqon rəsmiləri həmişə Brüsselə gələ bilməz.
“Mənim Heqsetlə, o cümlədən Prezident Tramp və dövlət katibi Marko Rubio ilə çox gözəl münasibətim var. Şübhəm yoxdur ki, ABŞ NATO-ya tam olaraq sadiqdir. ABŞ rəsmilərinin iclasda iştirak etməməsi məni narahat etmir. Çünki onlar öz yarımkürələrinin, Hind-Sakit okean regionunun qayğısına qalmalıdırlar, onların bir çox məsuliyyəti var”, – Rutte vurğulayıb.
Azinformasiya.az