Rusiyanın Ukraynaya raket zərbəsi nəticəsində bir nəfər ölüb, 16 nəfər yaralanıb

Rusiya ordusunun Xarkov vilayətinin Balakleya şəhərinə raket zərbəsi nəticəsində bir nəfər ölüb, 16 nəfər yaralanıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə “UNIAN“ məlumat yayıb.

Məlumata əsasən, raket şəhərin mərkəzində, beşmərtəbəli yaşayış binasının yaxınlığına düşüb. Nəticədə yanğın baş verib — beşinci mərtəbədəki mənzil və avtomobillər yanıb.

Fövqəladə Hallar Xidməti bildirib ki, zərbə nəticəsində 88 yaşlı qadın həlak olub, yaralanan 16 nəfərin arasında 4 yaşlı qız uşağı da var.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir