Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin yeni komandanı Ermənistandadır

Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin yeni komandanı, general-polkovnik Aleksandr Lentsov regiona gəlib.

 

Azinformasiya.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, o, bu gün İrəvanda Ermənistan müdafiə naziri Suren Papikyanla görüşüb.

Görüş zamanı tərəflər regiondakı əməliyyat vəziyyətini və problemləri müzakirə ediblər.

Eyni zamanda sülhməramlıların Qarabağdakı fəaliyyətinin səmərəliliyinin artırılması ilə bağlı danışıqlar aparılıb.

Müzakirə zamanı üçtərəfli bəyanatların yerinə yetirilməsinin vacibliyi qeyd olunub və Laçın yolundakı vəziyyət müzakirə olunub.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir