Rusiyanın Moldovadakı Konsulluğu fəaliyyətini dayandıracaq

Rusiyanın Kişineudakı konsulluğu Moldova hökumətinin avqustun 15-ə kimi diplomatların ştatını təxminən üçdə iki azaltmaq tələbindən sonra işləri dayandırır.

 

Azinformasiya.az bu barədə diplomatik missiya öz “Telegram” kanalında məlumat yayıb.

“Rusiyanın Moldova Respublikasındakı səfirliyinin konsulluq şöbəsində müəyyən səbəblərə görə 5 avqust 2023-cü il tarixindən etibarən qəbul müvəqqəti olaraq dayandırılıb”, – məlumatda bildirilir.

Rəsmi Kişineu öz qərarını Rusiyanın Moldovada daxili siyasi sabitliyi pozmaq cəhdləri və çoxsaylı dostluqdan kənar hərəkətləri ilə izah edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir