Rusiyanın Kiyevə dron hücumu nəticəsində üç nəfər həlak olub, 29 nəfər yaralanıb

Kiyevdə gecə saatlarında Rusiya dronlarının hücumundan sonra üç nəfər həlak olub və 29 nəfər xəsarət alıb.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Ukraynanın FHN məlumat verib.

29 yaralı arasında yeddi uşaq da var. Ən böyük dağıntılar Desnyanski rayonunda qeydə alınıb: dron doqquzmərtəbəli yaşayış binasına dəyib və böyük yanğına səbəb olub.

Xilasedicilər yuxarı mərtəbələrdən 13 sakini təxliyə ediblər.

Həmin rayonda pilotsuz aparatın qalıqları 16 mərtəbəli binaya da ziyan vurub — birinci mərtəbədən doqquzuncu mərtəbəyədək pəncərələr sınıb. Obolon rayonunda isə dron yaşayış binasına düşüb, ancaq yanğın baş verməyib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir