Rusiyanın hava zərbələri nəticəsində Ukraynada 1 nəfər ölüb, 8 nəfər xəsarət alıb

Rusiya ordusunun hava zərəbələri nəticəsində Ukraynaın Jitomir vilayətində ikisi uşaq olmaqla 6 nəfər xəsarət alıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə “RBK-Ukraina” məlumat yayıb.

Jitomir vilayəti Hərbi Administrasiyasının məlumatına əsasən, vilayət ərazisi artıq ikinci gündür ardıcıl olaraq hava hücumlarına məruz qalır. Son gecə vilayət ərazisində qanadlı raketlərin və kamikadze dronların bir neçə dəfə hədəfə dəyməsi və ya onların qalıqlarının düşməsi qeydə alınıb. Hücum zamanı yaşayış evlərinə, mülki özəl müəssisələrə və bir mağazaya ciddi ziyan dəyib.

Həmçinin paytaxt Kiyevin Svyatoşın rayonunda raket və ya dron qalıqları yaşayış binasının yaxınlığına düşüb. Kiyev meri bildirib ki, həmin rayonda iki nəfər xəsarət alıb və hazırda fövqəladə xidmətlər hadisə yerinə cəlb olunub.

Kiyev vilayətində isə hücum daha ağır nəticələrə səbəb olub. Vilayətin Vişhorod rayonunda hücum nəticəsində iki mərtəbəli fərdi yaşayış evində yanğın baş verib. Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Mikola Kalaşnikin verdiyi məlumata əsasən, hadisə zamanı yaşlı bir qadın həyatını itirib. Daha üç nəfər xəsarət alıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir