Rusiyanın Belqorod vilayətinə hücumda 2 nəfər ölüb, 17 nəfər yaralanıb

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod vilayətinə hücumu nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb, 17 nəfər yaralanıb.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarından etibarən Ukrayna ordusu Belqorod vilayətini raket atəşinə tutub. Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, rus əsgərləri ukraynalı hərbçilərin Belqorod vilayətinin Spodaryuşino rayonunda ölkə ərazisinə soxulmaq cəhdinin qarşısını alıb. Döyüş zamanı Ukrayna tərəfdən 195-ə qədər hərbçinin və beş tankın məhv edildiyi bildirilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir