Rusiyalı həmsədr Ermənistanda səfərdədir

ATƏT-in Minsk qrupunun Rusiyadan olan yeni həmsədri İqor Xovayev Ermənistanda səfərdədir.

Azinformasiya.Az xəbər verir ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan həmsədr İqor Xovayevlə görüşüb.

Ermənistan XİN-in məlumatına əsasən, Xovayev bu gün İrəvana səfər edib. Görüşün digər detalları açıqlanmayıb.

Qeyd edək ki, avqustun 30-u Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan İqor Xovayevi qəbul edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir