Rusiyalı deputat: “İlham Əliyev xalqı üçün tarixin ən böyük prezidenti olaraq qalacaq”

Azərbaycanla Rusiya arasındakı strateji tərəfdaşlığın inkişaf etdirilməsində prezidentlər – İlham Əliyev və Vladimir Putinin mühüm payı var.

Bunu “Report”un Rusiya bürosuna Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov bildirib.

Azərbaycan xalqı üçün uzun illər ərzində sağalmaz yara olan Qarabağ münaqişəsinin həllində Prezident İlham Əliyevin müstəsna rolunu qeyd edən rusiyalı deputat daha sonra deyib: “Zəmanəmizin ən böyük siyasətçisi olan Heydər Əliyevə həmişə heyran olmuşam. Birinci Qarabağ müharibəsinin qanlı girdabında məsələni birdən-birə qəti həll etmək mümkün deyildi. Odur ki, bu problemi həll etmək oğlunun payına düşdü və bunun üçün 17 il vaxt getdi. Nəticədə bu problemi həll edən İlham Əliyev xalqı üçün, dövləti üçün mümkün olan hər şeyi etdi… Bu münaqişə onun diplomatik məharəti, təmkini, habelə iqtisadiyyatın inkişafına, hərbi-siyasi fəaliyyətə dair strateji dəyərləndirmələri, habelə Rusiya ilə dostlaşaraq eyni zamanda Türkiyə ilə də isti münasibətlərini saxlaması sayəsində həll olundu. Ötən illər ərzində məsələni sülh yolu ilə həll etməyə çalışdı. İlham Heydər oğlu ilə dəfələrlə görüşmüşəm, demişəm ki, təmas qrupu çərçivəsində münaqişənin həll olunacağına bel bağlamaq mənasızdır. Çünki bizim ölkələrimizdə əmin-amanlığın olmasında nə Amerika, nə Fransa maraqlıdır. Nəticədə o, Rusiya prezidenti Vladimir Putinlə bir yerdə bu məsələni mükəmməl şəkildə həll etdi. O, öz xalqı üçün tarixin ən böyük prezidenti olaraq qalacaq”, – deyə rusiyalı deputat fikrini tamamlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir