Rəsmi Moskva Dağlıq Qarabağdakı münaqişə tərəflərini maksimum təmkinli olmağa, xarici qüvvələrin müdaxiləsinə imkan verməməyə, atəşkəsə və danışıqların yenidən başlamasına çağırır.
Azinformasiya.Az xəbər verir ki, bunu nazirliyin mətbuat katibi Mariya Zaxarova həftəlik mətbuat konfransında bildirib.
“Həftə ərzində Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət gərgin olaraq qaldı. Tərəflərin bütün təmas xətti boyunca qarşılıqlı atəşə tutulması bildirildi. Tərəfləri son dərəcə təmkinli olmağa, mülki əhaliyə qarşı zərbələrdən çəkinməyə və xarici qüvvələrin müdaxiləsinin qarşısını almağa çağırırıq. Praktik olaraq atəşkəsə, gərginliyin azaldılmasına və danışıqların əsas prinsiplərə əsaslanan sülh yolu ilə nizamlanmasına nail olmaq üçün başlanması istiqamətində çalışmağa dəvət edirik ”, – Zaxarova qeyd edib.