“Moskva Ermənistan-Azərbaycan sərhədində münaqişə tərəflərini təmkinli olmağa çağırır”.
Azinformasiya.Az xəbər verir ki, bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Həqiqətən də, Ermənistan-Azərbaycan sərhədində hərbi əməliyyatların bərpa olması dünən ciddi narahatlığa səbəb oldu. Lakin Rusiya tərəfinin vasitəçilik səyləri sayəsində münaqişə tərəflərini təmkinli olmağa çağırmaq mümkün oldu.
Rusiya tərəfi bunu etməyə davam edəcək. Hesab edirik ki, vəziyyəti sabitləşdirməyin yeganə yolu üçtərəfli bəyanatların həyata keçirilməsidir”, – deyə Putinin rəsmi sözçüsü vurğulayıb.