Martın 28-nə keçən gecə bir qrup silahlı şəxs Rusiya Federasiyasının İnquşetiya Respublikasında polis postunu atəşə tutub.
Azinformasiya.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu haqda vilayət Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Hücum nəticəsində xəsarət alan xidməti vəzifəsini yerinə yetirən asayiş keşikçisinə həkimlər tibbi yardım göstərib.
Azinformasiya.az