Rusiyada təyyarə radarlardan itib – Yenilənib

Rusiyanın Xabarovsk diyarında “An-26” tipli hərbi-nəqliyyat təyyarəsi radarlardan itib.

Azinformasiya.Az xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.

Məlumata əsasən, təyyarənin göyərtəsində 6 nəfər var. Hadisə barədə digər detallar açıqlanmayıb.

***

“İnterfaks”ın məlumatına görə, Xabarovsk diyarında radarlardan itən təyyarə yerüstü rabitə vasitələrinin və radiolokasiya avadanlıqlarının yoxlanılması üçün texniki uçuş həyata keçirirmiş.

Bununla yanaşı, Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin verdiyi məlumata görə, təyyarə Xexçir qoruğu ərazisində Xabarovskdan 38 km məsafədə radarlardan itib. Həmçinin qeyd olunur ki, təyyarənin axtarışları üçün Rusiyanın Federal Hava Nəqliyyat Agentliyinin (“Rosaviasiya”) helikopteri, həmçinin Amur Xilasetmə Mərkəzinin xilasediciləri cəlb olunublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir