Rusiyanın Volqoqrad vilayətində yük qatarı relsdən çıxıb.
Azinformasiya.az xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, qatarın relsdən çıxmasına səbəb pilotsuz uçuş aparatının (PUA) hücumu olub. Nəticədə yanacaqla dolu iki sistern alışıb, sonra biri partlayıb. Yanacağın dağılması nəticəsində yanğın baş verib.
Ümumilikdə doqquz vaqonun relsdən çıxdığı vurğulanıb. Hazırda hadisə yerində yanğınsöndürənlər fəaliyyət göstərir.
Zərərçəkənlərin olmadığı qeyd edilib.
Azinformasiya.az