Rusiyada poliqonda partlayış olub, 12 hərbçi ölüb

Rusiyanın Rostov vilayətində hərbi təlim poliqonunda partlayış baş verib. Nəticədə 12 hərbi qulluqçu ölüb.

 

Azinformasiya.az yerli KİV-ə istinadən xəbər verir ki, insidentin noyabrın 3-də baş verdiyi bildirilib.

Həlak olan hərbçilərin Primorsk diyarının dəniz piyadaları olduğu məlum olub. Hadisə ilə bağlı məlumatı 161.RU müxbirinə üç müstəqil mənbə – hüquq-mühafizə orqanlarından, ordudan və istintaq orqanlarından təsdiqləyiblər.

Faciə noyabrın 3-də Rostov yaxınlığındakı Kuzminski hərbi poliqonunda baş verib. İlkin səbəb kimi təhlükəsizlik qaydalarına əməl edilməmək göstərilir.

“Dəniz piyadaları briqadasından təxminən 20 nəfər sursat bloklarının yanında nahar fasiləsi zamanı ocaq yandırıb. RPG-7 qumbaraatan mərmisi yuvarlanaraq alovun içinə düşüb və partlayıb. Səkkiz nəfər yerindəcə ölüb, daha səkkiz nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib. Onlardan 4-ü xəstəxanada keçinib. Yaralanan və ölənlərin hamısı Vladivostokdan olan müqaviləli əsgərlərdir”, deyə mənbə bildirib.

Hərbi ölüm faktı ilə bağlı Rusiya İstintaq Komitəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir