Rusiyada peşə təlim mərkəzində partlayış olub, 200 nəfər təxliyə edilib, 7 yaralı var

Rusiya Daxili İşlər Nazirliyinin Komi Respublikasının Sıktıvkar şəhərindəki peşə təlim mərkəzində partlayış baş verib.

 

Azinformasiya.az  yerli KİV-ə istinadən xəbər verir ki, bina qatı tüstü ilə dolub.

İlkin məlumatlara əsasən, yeddi nəfər yaralanıb, təxminən iki yüz nəfər təxliyə edilib.

Hadisə yerində təcili yardım xidmətləri və hüquq-mühafizə orqanları işləyir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir