Rusiyada narkotik vasitələrin təbliğatını qadağan edən qanun təsdiqlənib

Rusiya Dövlət Duması narkotik vasitələrin təbliğatını qadağan edən qanunu təsdiqləyib.

 

Azinformasiya.az  RİA “Novosti”yə istinadən xəbər verir ki, sənəddə bu qəbildən olan maddə, psixotrop xarakterli dərman preparatları və ya onların prekursorlarının kütləvi informasiya vasitələrində təbliği, həmçinin açıq şəkildə nümayiş etdirilməsi qadağan olduğu göstərilib.

Layihəyə əsasən, ədəbiyyat və incəsənət nümunələri bədii təxəyyül məhsulları hesab olunduğundan bu qanunun təsir dairəsinə daxil deyil.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir