Rusiyada meşə yanğınlarında itkin düşən üç yanğınsöndürənin meyiti tapılıb

Rusiyanın Zabaykalye regionunda meşə yanğınlarının söndürülməsi zamanı üç yanğınsöndürən həlak olub.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, aprelin 23-dən itkin düşmüş sayılan yanğınsöndürənlərin meyitləri Aviasiya və Meşə Təsərrüfatının Mühafizəsi Xidmətinin əməkdaşları tərəfindən sonuncu məntəqədən 10 kilometrlik məsafədə aşkarlanıb.

Bu şəxslərin itkin düşməsi barədə ilkin məlumat isə aprelin 28-də yayılıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir