Rusiyada kişi kilsədə bıçaqla iki qadına xəsarət yetirib

Rusiyada kişi kilsədə bıçaqla iki qadına xəsarət yetirib.

 

Azinformasiya.az  “meduza.io”-ya istinadən xəbər verir ki, hadisə Çelyabinsk şəhərində “Tanrı Anası” kilsəsində ibadət zamanı qeydə alınıb.

Məbəddə ziyarətçilər arasında münaqişə yaranıb, 2001-ci il təvəllüdlü kişinin bıçaqlı hücumu nəticəsində iki qadın xəsarət alıb.

Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk şübhəli şəxsin saxlanıldığını bildirib. Qeyd edilib ki, saxlanılan şəxs ixtisaslaşmış tibb müəssisəsində qeydiyyatdadır.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir