Rusiyada kanalizasiya-nasos stansiyası partlayıb, ölən və yaralananlar var

Rusiyanın Orenburq vilayətinin Novotroitsk şəhərində kanalizasiya-nasos stansiyasında partlayış olub.

 

Azinformasiya.az xəbər verir ki, regionun səlahiyyətliləri və fövqəladə hallar xidməti hadisə nəticəsində ölənlərin olduğunu bildirib.

Ümumilikdə 10 nəfər stansiya binasının dağıntıları altında qalıb. Fövqəladə Hallar Nazirliyi 3 nəfərin həkimlərə çatdırıldığını, 1 nəfərin isə həyat əlaməti olmadan dağıntılar altından çıxarıldığını açıqlayıb.

İlkin məlumatlara əsasən, binanın zirzəmisində metan balonunun partlaması baş verib. Partlayışdan sonra yanğın olmayıb. Regionda fövqəladə vəziyyət rejimi tətbiq edilib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir