Rusiya Federasiyasının Altay Respublikasındakı “Dağ qartalı” düşərgəsində 60-dan çox uşaq zəhərlənib.
Azinformasiya.az xəbər verir ki, bu barədə Respublika Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, zəhərlənənlərin hamısına lazımi tibbi yardım göstərilib.
Zəhərlənən 7-17 yaşlı uşaqların vəziyyətinin qənaətbəxş olduğu, 26-29 iyul tarixlərində uşaqlarda bağırsaq xəstəliyinin əlamətləri ilə müraciətlər qeydə alındığı bildirilib.
Məlumata görə, düşərgədə ümumilikdə 354 uşaq dincəlir və hazırda düşərgənin fəaliyyətinin dayandırılması məsələsi müzakirə olunur.
Sözügedən hadisə ilə bağlı cinayət işi başlanılıb.
Azinformasiya.az