Rusiyada daha 740 nəfər koronavirusdan ölüb

Rusiyada son sutkada koronavirusdan ölənlərin sayı daha 740 nəfər artaraq 319 172-yə yüksəlib.

AZİNFORMASİYA.AZ xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, son bir gündə daha 21 155 nəfərə COVID-19 diaqnozu qoyulub. Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 10 723 305 nəfərə çatıb.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 9 784 348 nəfər sağalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir