Rusiya Federasiyasının Vladimir vilayətində müəllimləri daşıyan avtobus ilə yük maşını toqquşub.
Azinformasiya.az xəbər verir ki, bu barədə vilayət qubernatoru Aleksandr Avdeyev “Telegram” kanalında yazıb.
Hadisə nəticəsində 23 nəfər xəsarət alıb, onlardan ikisi reanimasiyadadır.
Yeddi nəfərin vəziyyəti orta-ağır qiymətləndirilir.
Qəza zamanı avtobusun sürücüsü yerindəcə dünyasını dəyişib.
Azinformasiya.az