Rusiyada avtobus aşıb, ölənlər və yaralananlar var

Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsində avtobusun aşması nəticəsində iki nəfər ölüb, doqquz nəfər xəsarət alıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə Yuqra hökumətinin “Telegram” kanalında məlumat verilib.

Məlumata əsasən, sürücü idarəetməni itirib və avtobus yol kənarına çıxaraq aşıb. Yaralılar Xantı-Mansiysk Dairə Klinik Xəstəxanasına çatdırılıblar. Avtobusda 16 nəfər olub, ölü və yaralılar arasında yetkinlik yaşına çatmayan olmayıb.

Yuqra hökumətindən bildirilib ki, yaralılara və həlak olanların ailələrinə göstərilən yardım şəraitinə dair vəziyyət regionun qubernatoru Ruslan Kuxarukun şəxsi nəzarətindədir. Hadisə ilə bağlı daxili işlər orqanları araşdırma aparır, hazırda səbəblər və hadisənin təfərrüatları müəyyən edilir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir