Rusiyada ağır yol qəzası baş verib, ölən və yaralananlar var

Rusiyanın İrkutsk vilayətinin Nijneudinsk rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər ölüb, beş nəfər yaralanıb.

 

Azinformasiya.az  xəbər verir ki, bu barədə “Russian Today” Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsinə istinadən məlumat verib.

İlkin məlumata əsasən, hadisə yeddi yük maşınının və bir minik avtomobilinin iştirakı ilə baş verib. Toqquşmadan sonra bir neçə nəqliyyat vasitəsi alovlanıb və tamamilə yanıb. Ümumilikdə beş avtomobilin yanaraq yararsız hala düşdüyü bildirilir.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir