Ötən gecə Rusiya Zaporojye vilayətinin Volnyansk şəhərinə hücum edib.
Azinformasiya.az UNİAN-a istinadən xəbər verir ki, hücum nəticəsində mülki əhali arasında ölənlər var.
Qeyd edək ki, Rusiya qoşunları Zaporojye rayonunu zərbə PUA-ları ilə hədəfə alaraq Volnyanskın fərdi yaşayış sektoruna zərbələr endirib.
Nəticədə evlər dağılıb, yanğınlar baş verib, iki qadın və bir kişi həlak olub, daha bir kişi yaralanıb.
Azinformasiya.az