Rusiya Zaporojye AES-ə hücum etdiyi təqdirdə, Polşa adekvat cavab verəcək

Rusiya Ukraynada Zaporojye AES-ə hücum etdiyi təqdirdə, Polşa adekvat cavab verəcək.

 

Azinformasiya.az xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Zbiqnev Rau “BBC Newsnight”a müsahibəsində söyləyib.

“Bu tamamilə yeni bir situasiya olacaq. Biz adekvat cavab verəcəyik”, – Rau vurğulayıb.

XİN rəhbəri, həmçinin qeyd edib ki, belə bir zərbə NATO ərazisinin böyük bir hissəsinə təsir edəcəyi üçün alyans cavab verməli olacaq. “Ona görə də, bu, müvafiq cavab tələb edəcək. Məndən bu cavabın nə olacağını deməyimi gözləməyin”, – Rau diqqətə çatdırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir