Rusiya Xarici İşlər Nazirliyi (XİN) rəsmi Parisin Rusiya əleyhinə bəyanatlarına cavab verib.
Azinformasiya.az xəbər verir ki, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova ölkəsinin məğlubiyyətin astanasında olan Fransa hakimiyyətinin Rusiyaya qarşı son emosional hücumlarına diqqət yetirdiyini deyib.
“Bu hadisənin bizə məlum olmayan konkret təfərrüatlarına varmadan deyim ki, insanların ölümü hər zaman faciədir. Bununla belə, Fransa rəhbərliyi Parisin digər Qərb paytaxtları ilə birlikdə 2014-cü ildən bəri Ukrayna böhranının “yetişməsində” oynadığı ölümcül rolu tanımaqdan inadla imtina edir. Fransanın bu gün cinayətkar Kiyev qruplaşmasının ayaqda saxlanmasına, eləcə də irimiqyaslı ölümcül silahların tədarükü və Ukrayna əsgərlərinin təliminə verdiyi töhfə haqqında nə deyək. Biz dəfələrlə demişik ki, Fransanın Ukrayna münaqişəsində artan iştirakı nəinki onun uzanmasına və daha da gərginləşməsinə gətirib çıxarır, həm də Rusiya əleyhinə təbliğatla doymuş muzdlu şəklində Ukraynaya göndərilən Fransa vətəndaşlarının həyatı üçün təhlükə yaradır.
Öz həmvətənlərinin ölümündən qəzəblənən Fransa liderləri tədarük etdikləri silahların Kiyev rejimi tərəfindən qəsdən Rusiya şəhərlərində dinc sakinləri öldürmək üçün istifadə edilməsinə göz yummağa üstünlük verirlər. Üstəlik, Parisdə hətta bu cür vəhşiliklərə “özünümüdafiə hüququ” ilə bəraət qazandırmağa çalışıb, əslində terror aktlarına haqq qazandırılıb.
Ümid edirik ki, baş verənlər Fransa ictimaiyyətini Ukrayna münaqişəsi ilə bağlı ölkə rəhbərliyinin qeyri-məhsuldar və təhlükəli xəttinə haqq qazandırmaq barədə daha çox düşünməyə vadar edəcək”, – Rusiya XİN sözçüsü vurğulayıb.
Qeyd edək ki, rəsmi Paris sərt ifadələrlə Rusiyanı Ukraynada humanitar yardım göstərməklə məşğul olduğu iddia edilən Fransanın iki vətəndaşının ölümündə, üç vətəndaşının isə yaralanmasında ittiham edib. Prezident Emmanuel Makron bunu “qorxaq və şərəfsiz hərəkət” adlandırıb, xarici işlər naziri Sejurne isə Moskvanı “Rusiya törətdiyi cinayətlərə görə cavab verməli olacaq” deyə hədə-qorxu gəlib.
Azinformasiya.az