Moskva Ankara ilə bütün strateji layihələri həyata keçirməyi hədəfləyir.
Azinformasiya.az xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Qruşko Türkiyədə keçirilən prezident seçkilərinin nəticələri ilə bağlı bildirib.
Onun sözlərinə əsasən, Moskva və Ankaranın iqtisadi layihələri regional təhlükəsizliyin mühüm elementi olaraq qalır:
“Rusiya Federasiyası ilə Türkiyə arasında bütün razılaşmalar sistem xarakterlidir, qaz qovşağı layihəsi üzrə işlər plan üzrə aparılır.
Moskva və Ankara siyasi dialoqu, eyni zamanda turizm və mədəniyyət sahəsində qarşılıqlı fəaliyyəti davam etdirəcək”.
Rusiya XİN rəhbərinin müavini taxıl sazişində Türkiyənin oynadığı roldan da danışıb.
“Türkiyə taxıl müqaviləsində müsbət rol oynayıb. İndi top Rusiya Federasiyasına qarşı qeyri-qanuni sanksiyalar tətbiq edənlərin tərəfindədir. Rusiya Federasiyasının tərəfdaşları Rusiya ərzaq məhsullarının ixracı qarşısındakı maneələri aradan qaldırmalıdır, siyasi bəyanatlar artıq kifayət etmir”, deyə rusiyalı diplomat vurğulayıb.
Azinformasiya.az