Rusiya XİN Qarabağda beynəlxalq missiyanın yerləşdirilməsi ideyasına münasibət bildirib: Bakının da razılığı tələb olunur

Rusiya Xarici İşlər Nazirliyi Qarabağda beynəlxalq missiyanın yerləşdirilməsi ideyasına münasibət bildirib.

 

Azinformasiya.az xəbər verir ki, Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə “Ermənistan XİN başçısı Ararat Mirzoyan “İrəvan Qarabağa beynəlxalq missiyanın göndərilməsi məsələsində Moskva ilə əməkdaşlığa ümid edir” bəyanatı ilə çıxış edib. Bəs Rusiya Ermənistanın Qarabağda beynəlxalq missiyanın yerləşdirilməsi ideyasına necə yanaşır?” sualına cavabında 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Qarabağda Rusiya hərbi kontingentinin yerləşdirildiyini xatırladıb.

“Bir çox məsələlər, təbii ki, tərəflərin özlərinin siyasi iradəsindən asılıdır. Üçtərəfli razılaşmaların bütün müddəalarına riayət olunması vacibdir. Çünki, bu razılaşmalar Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının “yol xəritə”sini müəyyən edib. O ki qaldı yeni missiyaya, bunun üçün İrəvanın olduğu kimi Bakının da razılığı tələb olunur. Lakin bugünkü gündə biz bu cür şeyi görməmişik. Hər iki tərəfin bununla bağlı razılığının mövcudluğunu nəzərdə tuturam”, deyə Rusiya XİN sözçüsü qeyd edib.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir