Rusiya XİN: Qərbin Azərbaycan-Ermənistan normallaşması ilə bağlı vasitəçiliyində qiymətləndirməyə heç nə yoxdur

Qərb ölkələri, xüsusilə də Avropa İttifaqı və ABŞ nümayəndələri üçtərəfli razılaşmaları qeyd etmirlər.

 

Azinformasiya.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə əsasən, Qərbin Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması ilə bağlı üçtərəfli razılaşmaları qeyd etməmələrinin səbəbi bu sülh təşəbbüsünün Rusiya tərəfindən işlənib hazırlanmasıdır: “Məhz bu, onlarda qıcıq doğurur ki, sülh təşəbbüsü Rusiyanın iştirakı ilə işlənib hazırlanıb və həyata keçirilir, praktiki nəticələr verir”.

Zaxarova Qərbin Azərbaycan və Ermənistan arasında vasitəçiliyini destruktiv adlandırıb: “Qərbin dediyi kimi keçirilən görüşlərdə müsbət irəliləyiş barədə konstruktiv və real nəticələr olmayıb. Yəni, nə gəldi demək mümkündür, ancaq praktikada bu reallaşmır. Bu, o demək deyil ki, konstruktiv nəticələrə gətirib çıxaracaq addımları biz layiqli şəkildə qiymətləndirmirik. Biz hər zaman nizamlanmaya doğru hansısa düzgün gedişlər olanda müsbət tendensiyanı qeyd edirik. Bu istiqamətdə müvafiq nəticələr olacaqsa, o zaman mütləq yüksək qiymətləndirəcəyik. Hələ ki, qiymətləndirməyə heç nə yoxdur. Hələ ki, biz gündəliyə müdaxilə etmək arzusunu, Qərb tərəfindən hansısa nəticələri özünküləşdirmək hallarını, qısqanclığı görürük”, – deyə Rusiya XİN rəsmisi diqqətə çatdırıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir