Rusiya XİN: Qərb Moskva ilə qarşıdurmada Ermənistanı geosiyasi alət kimi istifadə edir

Qərb Moskva ilə qarşıdurmada Ermənistanı geosiyasi alət kimi istifadə edir.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

Onun sözlərinə əsasən, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanın Qərblə münasibətlərindəki addımlarını, o cümlədən təşkilat daxilindəki öhdəliklərinə əməl etməsini izləyir: “Moskva üçün ən vacib şey Ermənistanın təşkilatın tamhüquqlu üzvü olaraq qalmasıdır. İrəvan müttəfiq əməkdaşlığından kənarda qalmır və qəbul edilən bütün qərarlara qoşulmaq imkanını saxlayır. Rusiya hesab edir ki, İrəvan Moskvanın Cənubi Qafqazdakı təbii müttəfiqidir. Rusiya-Ermənistan münasibətlərinin strateji statusu möhkəm hüquqi çərçivədə təsbit olunub. Əminik ki, Rusiya ilə Ermənistan arasında müttəfiq əməkdaşlığına alternativ yoxdur”.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir