Biz Azərbaycanla strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri qururuq.
Azinformasiya.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
O, mayın 28-də Azərbaycan Respublikasının Müstəqillik Gününü qeyd etdiklərini, Azərbaycanın Moskvadakı səfirliyi tərəfindən təşkil olunmuş rəsmi qəbulda Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzinin Rusiya-Azərbaycan münasibətlərini ətraflı dəyərləndirdiyini xatırladıb.
Zaxarova “Cənubi Qafqazdakı həyacanverici vəziyyətdən də danışıb”. O qeyd edib ki, bunlar əsasən qərblilərin destruktiv fəaliyyəti ilə bağlıdır.
“Bakı bu barədə danışır və biz müvafiq qiymət veririk. Qərbə vəziyyəti silkələmək lazımdır. Region ölkələri onların nöqteyi-nəzərindən bir-biri ilə əlaqə yaratmamalı, düşmənçilik etməlidirlər. Qonşuları iqtisadiyyat, ticarət və ya infrastruktur deyil, bitib-tükənməyən hesablaşmalar maraqlandırmalıdır. Onlara Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq lazımdır. Bu tendensiyaları hamı görür”, – Rusiya XİN sözçüsü vurğulayıb.
Azinformasiya.az