Rusiya XİN: Moskva Ukrayna və müttəfiqlərinin təşkil edəcəyi sülh sammitində iştirak etməyəcək

Rusiya Ukrayna və onun müttəfiqləri tərəfindən hazırlanmaqda olan ikinci beynəlxalq sülh sammitində iştirak etməyəcək.

 

Azinformasiya.az  xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.

“Bloomberg“ Agentliyi öz mənbələrinə istinadən Ukrayna hakimiyyətinin noyabra qədər ikinci beynəlxalq sülh konfransı təşkil etmək və Rusiyanı tədbirə dəvət etmək istədiyi barədə məlumat yayıb.

Qeyd edək ki, Ukrayna ilə bağlı ilk sülh konfransı bu ilin iyun ayında İsveçrədə təşkil olunub. Qərb ölkələri tərəfindən təşkil olunan həmin sülh konfransına Rusiya dəvət olunmayıb.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir