Rusiya tərəfi sülh müqaviləsinin hazırlanmasında rəsmi Bakı və İrəvanla aktiv şəkildə əməkdaşlıq edir.
Azinformasiya.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin(XİN) İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev jurnalistlər üçün bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə əsasən, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin hazırlanması Rusiya, Azərbaycan və Ermənistan liderlərinin birgə imzaladığı üçtərəfli razılaşmanın elementlərindən biridir: “Rusiya tərəfi sülh müqaviləsinin hazırlanmasında rəsmi Bakı və İrəvanla aktiv şəkildə əməkdaşlıq edir. Bunun üçün bütün səviyyələrdə siyasi və diplomatik kanallardan istifadə edilir”.
Zaytsev, həmçinin qeyd edib ki, hər il üçtərəfli sammitlər keçirilir, mütəmadi olaraq XİN başçıları görüşür və bu yaxınlarda belə bir görüş baş tutub.
Azinformasiya.az