Rusiya XİN: KTMT Ermənistanda missiya yerləşdirmək məsələsinin müzakirəsinə hazırdır

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Azərbaycan-Ermənistan sərhədində missiya yerləşdirmək məsələsinin müzakirəsinə qayıtmağa hazırdır.

 

Azinformasiya.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri üzrə Birinci departamentinin direktoru Mikael Ağasandyan “RİA Novosti“yə müsahibəsində bildirib.

Onun sözlərinə əsasən, təşkilat rəsmi İrəvanın müsbət cavabını və bu təklif üzrə əsaslı işlərin, müttəfiqə kömək üçün başqa birgə tədbirlərin həyata keçirilməsinin bərpasını gözləyir.

Ağasandyan düşünür ki, Rusiya müvafiq qərarların qəbulunun regiondakı ümumi vəziyyətə müsbət təsir göstərəcəyinə əmindir. Qərb dövlətləri isə Rusiyaya və bu ölkənin Cənubi Qafqazdakı mövqelərinə maksimum ziyan vurmaq üçün onun ən yaxın müttəfiqlərinə, habelə Ermənistana siyasi və iqtisadi təzyiq göstərməyə çalışırlar.

 

Azinformasiya.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir